Sabirabad rayonunda Zəfər Günü münasibətilə tədbir təşkil edilib
- 06.11.2022, 18:25, Baxış sayı:
- 393
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin təşkil olunduğu Sabirabad rayonunun mərkəzi meydanına öncə Azərbaycan Respublikasının Dövlət bayrağı gətirilib, daha sonra kollec tələbələri tərəfindən fləşmob nümayiş olunub.
Fləşmobda 44 günlük müharibə dönəmini simvolizə edən “45” və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “2907” kompozisiyaları yaradılıb.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Jalə Sadıqova çıxış edərək, Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən söz açıblar.