• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Hərbi hissədə Novruz şənliyi

  • 13.04.2023, 15:30, Baxış sayı:
  • 127
Hərbi hissədə Novruz şənliyi
Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub. Novruz tədbirində Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, hərbi hissənin şəxsi heyəti, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Əvvəlcə Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırılıb ki, torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətən keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar. Daha sonra hərbçilərə bayram sovqatı təqdim olunub.
Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter