• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Aqrar xəbərlər

  • 25.10.2023, 16:28, Baxış sayı:
  • 168
Pambıq yığımı davam edir
Sabirabad rayonunda pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə, indiyədək sahələrdən 13740 tondan çox pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Bu il Sabirabad rayonunda 12182 hektar sahədə pambıq əkilib, bol məhsul yetişdirilib.
Taxıl biçinində olduğu kimi, pambıq yığımında da kombaynlar dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb. Təmir briqadası mütəmadi kombaynlara baxış keçirir, təlimata uyğun istismarına nəzarət edir.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.

Taxıl əkini aparılır
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə,cari ildə Sabirabad rayonunda 21828 hektar sahədə payızlıq taxıl əkini aparılması proqnozlaşdırılır.
İndiyədək fermerlər tərəfindən 259 hektar sahədə buğda, 4809 hektar sahədə arpa səpilib.
Fermerlər əkin zamanı sertifikatlı toxum səpməyə üstünlük verirlər. Sertifikatlı toxumdan istifadə məhsuldarlığın əsas amillərindən biri hesab olunur.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter