• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əl ilə pambıq yığımı başladı

  • 31.08.2022, 23:09, Baxış sayı:
  • 312
Əl ilə pambıq yığımı başladı
Pambıqçıların aylardan bəri çəkdikləri zəhmət artıq öz bəhrəsini verməyə başlayır. Tarlalar yaşıl libasını tədricən bəyaz dona dəyişir. Hər bir fermer bu gün sübh tezdən oyanıb sahəyə yollanır, yığıma nə vaxt başlayacağını müəyyənləşdirir. Bilir ki, məhsulu maşınla yığılacaq sahələrdə qozaların yalnız 70 faizi açıldıqdan sonra defoliyasiya aparmaq olar. Odur ki, dərmanlama gedəcək sahələr nəzarətdə saxlanılır. 10-14 gün ərzində qozalar demək olar ki, tam açılır və maşınla məhsul yığımına başlanılır. Buna kimi isə hər bir fermer seçmə üsulu ilə pambığı əllə yığıb müqavilə bağladığı təşkilata təhvil verir.
Artıq Sabirabad rayonunda əllə pambıq yığımına başlanılmışdır. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə 2772 fermerlə bağlanmış müqaviləyə əsasən carı ildə rayonda 11709 hektar sahədə pambıq əkini aparılmışdır. Sahələrdə barlı kollar hasilə gətirilmişdir. Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas vəzifə pambığı vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır.
Bütün bitkilərdə olduğu kimi, pambıqçılıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu mövsümdə yığımın daha çox texnika ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda pambığın alış qiymətinin artırılması fermerləri daha da ruhlandırmışdır. Bütün bunlar ona əsas verir ki, cari ildə pambıq yığımı daha sürətli, daha operativ həyata keçiriləcək, məhsuldarlıq yüksək olacaqdır.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter