Oxucularımızın şikayəti! Qapısı bağlı tibb məntəqəsi
- 25.10.2023, 16:25, Baxış sayı:
- 169
Facebook
Вконтакте
Одноклассники
Google+
Vaxt vardı ki, Əlicanlı kənd həkim məntəqəsində öz işini ürəkdən sevən bacarıqlı, səriştəli səhiyyə işçisi Hüseynağa Sarıyev fəaliyyət göstərirdi. Camaatımız ondan çox razılıq edirdi. Ev-ev, qapı-qapı gəzib bütün xəstələrin dadına yetirdi. Amma çox təəssüf ki, fələk onu bizdən çox erkən ayırdı. O, rəhmətə gedəndən bəri xəstələrimiz çox əziyyət çəkir. Adi iynə vurdurmaq üçün rayon mərkəzinə üz tuturuq. Artıq neçə aydir ki, Əlicanlı həkim məntəqəsinin qapısı bağlı qalıb. Bununla bağlı müraciət etmədiyimiz yer qalmayıb. Onu da qeyd edim ki, müraciətimiz üç kəndin sakinləri adından idi. Belə yerdə deyirlər ki, rəhmətlik Hüseynağa Sarıyevin yerı görünür.
Hörmətli, redaksiya, xahiş edirik, müraciətimizi qəzet vasitəsilə işıqlandırıb aidiyyəti qurumlara çatdırasınız.
Fəxrəddin Quliyev,
Əlicanlı kənd sakini