Daxma, yoxsa tibb məntəqəsi?!
- 01.02.2022, 19:51, Baxış sayı:
- 563
Facebook
Вконтакте
Одноклассники
Google+
444 nəfər sakini olan Balvar kəndinin tibb məntəqəsi daxmanı xatırladır.
Gördüyünüz bu məntəqə 19 - cu əsrin deyil, 21-ci əsrin 22 - ci ilinin mənzərəsidir.
Şəkildə gördüyünüz bu daxma Balvar kəndinin tibb məntəqsidir. Əgər məntəqə demək olarsa. “Məntəqə”yə qalxmaq üçün pilləkən belə yoxdur. Pilləkən əvəzinə qoyulmuş daşların üstü ilə yeriyən xəstənin hansı hala düşdüyünü təsəvvür etmək o qədər də çətin deyil.
Sakinlər bu acınacaqlı vəziyyətlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini, ancaq tutarlı cavab ala bilmədiklərini və bu səbəbdən də çətinliklərlə üzləşdiklərini deyirlər.
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nəinki Balvar kəndində, ümumiyyətlə rayonun bir neçə kəndində bu cür vəziyyətdə olan ambulator sahə məntəqələri var və onların mövcud vəziyyətləri barədə aidiyyəti üzrə məlumat verilib.
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar