Təşəkkürümizi bildiririk
- 23.08.2023, 22:05, Baxış sayı:
- 281
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya, kəndimizin sakinləri internet sarıdan uzun müddət idi ki, çətinlik çəkirdilər. Bu problemi Cənub Şirvan Regional filialı Sabirabad şöbəsinin baş mühəndisi Abid Əzizov qısa müddətdə aradan qaldırdı. Hazırda kəndimizin sakinləri internetlə təmin olunmuşlar.
Buna görə Abid Əzizova, sahə təmsilçisi Ramiz Salmanova, rabitə işçisi Fərman Gözəlova və əməyi keçən digər şəxslərə kənd sakinləri adından minnətdarlığımı bildirirəm.
Asif Zeynalov,
Mürsəlli kənd sakini