Prospekti keçməyə qorxuruq
- 04.08.2023, 15:31, Baxış sayı:
- 230
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya, sakini olduğum M. Xəlilov küçəsi Heydər Əliyev prospekti ilə kəsişir. Həmin ərazidə banklar, çörək, qəzet köşkləri, supermarketlər, çayxanalar, tibb müəssisələri, mağazalar və s. yerləşir.
Bu sadaladığım obyektlər insanların tez-tez ünsiyyət qurduğu yerlərdir. Hələ üstəlik, burada yerləşən bankomatları demirəm. Hansı ki, əmək haqqı və pensiyalar verilən vaxtlar burada adam əlindən necə deyərlər, iynə atsan, yerə düşməz. Hər iki tərəfdəki mağazaların qarşısında alış-veriş edənlər şəhərdə parklanma yeri olmadığından, maşınlarını həmin ərazidə saxlayırlar. Bu isə piyadara yolu keçməkdə maneə yaradır.
Şahidi olmuşam ki, avtomobil həvəskarları prospektdə sürət həddini aşır, qırmızı işıqda keçirlər. Bütün bunlar isə sonda faciə ilə nəticələnir.
Əlaqədar təşkilatlardan xahiş edirəm ki, həmin əraziyə radar qoyulmasını və ya piyada zolağı çəkilməsini təmin etsinlər.
Əbülfəz Ağayev,
Sabirabad şəhər sakini