Oxucularımızın şikayəti
- 05.05.2022, 02:45, Baxış sayı:
- 384
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunun mərkəzində təhlükə
Son zamanlar Sabirabad rayonunda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Mətbuatda verilən məlumatlara görə sahibsiz itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi halları artmaqdadır.
Bu problemlə Sabirabad şəhər sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir, gecələr itlərin boğuşmasından göz yummaq mümkün olmur.
Sahibsiz itlər insanlara cumur
Peşəm poçtalyon olduğundan Sabirabad şəhərinin küçələrini qarış-qarış gəzirəm. İnsanları narahat edən, sürü halında gəzən sahibsiz küçə itlərini hər dəfə görəndə ciddi həyəcan hissləri keçirirəm. Çünki mənə bu itlərin hücum etməsi adi hal alıb. Sahibsiz küçə itlərinin uşaqlara, qadın və yaşlı insanlara da cummasının dəfələrlə şahidi olmuşam.
Heydər Əliyev prospekti dalan 3, ev 6-da yaşayış olmadığından həyəti kol-kos basıb. Orada itlər daha çox məskən salıb. Belə hallar şəhərin digər yerlərində də mövcuddur. Şəhərimizin sakinləri ciddi hadisələrin baş verməməsi üçün sahibsiz itlərin küçələrdən yığışdırılmasını tələb edirlər.
Nahid MƏMMƏDOV,
Sabirabad şəhər sakini
Redaksiyadan: İnsanlar üçün təhlükə mənbəyi olan sahibsiz itlər barədə dəfələrlə çıxış etmişik. Bəlkə əlaqədar qurumlar insafa gəlib bundan sonra tədbir görələr.
Üfunətdən təngə gəlmişikSabirabad şəhəri getdikcə abadlaşır, gözəlləşir. Yeni salınmış yaşıllıqlar, səliqə-sahman göz oxşayır. Təəssüf ki, bu gözəlliyə xələl gətirən hallar da vardır. Belə ki, şəhərin Məhəmməd Əsədov küçəsinin sakinləri artıq xeyli vaxtdır ki, həyətlərinə dolmuş çirkab suların yaratdığı üfunətdən təngə gəliblər. Səbəb isə İ.İsgəndərov küçəsinin kanalizasiya xəttinin tutulmasıdır. Nəticədə bizim həyətləri çirkab sular basıb. Bütün bunlar isə müxtəlif xəstəliklərin yaranmasına yol açır.
Hörmətli redaksiya, xahiş edirik küçəmizin sakinlərinin şikayətini aidiyyatı qurumlara çatdırasınız. Bəlkə onlar insafa gəlib tədbir görələr.
Rasim ƏLİYEV,
Sabirabad şəhəri, Məhəmməd Əsədov adına küçənin
sakinləri adından