• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ƏKİN SAHƏLƏRİ SUSUZ QALIB

  • 08.09.2021, 10:07, Baxış sayı:
  • 294
ƏKİN SAHƏLƏRİ   SUSUZ QALIB
SƏBƏB - transformatorun həddən artıq yüklənməsidir

Sabirabad rayonunun Bulduq kəndinin bir qrup sakini redaksiyaya müraciət edərək əkin sahələrini suvara bilmədikləri üçün kömək istəyir.

Kənd sakinləri Rasəf Fətəliyev, Fəqani Həsənov, Üzeyir Şərifov, Rəhim Həsənov, Davud Rzayev, Samir Hüseynov, Ruhid Əliyev, Vüsal Cəfərov, Hüseynağa Səmədov, Xalid Tağıyev, Niyaməddin Həsənov, Natiq Ağayev, Taleh Məmmədov və Vasif Həsənov ərizələrində (onlar ərizələrinə şəkillərini də əlavə ediblər) bildirirlər ki, il boyu əkib - becərdiyimiz əkinlərimiz susluqdan “yanır”: “Döymədiyimiz qapı qalmayıb. Göz-görəsi əkinlərimiz məhv olur. Səbəb də 4-cü nasosun işləməmisidir. Mexaniki Suvarma idarəsindən deyirlər ki, 4-cü nasosu “vura” bilmirik. Çünki həmin nasos işləyən kimi, trasformator qızıb-qaynadır. Trasformator dəyişilməlidir. O da bizim səlahiyyətdə deyil”.
Qısa araşdırma apardıq. Məlum oldu ki, stansiyanın adı gedən 4-cü nasosunun işləməməsinə səbəb elektrik qidalandırıcısı 1000 kv-luq transformatorun qızmasıdır. Onu da öyrəndik ki, bu transformator təkcə su ötürən stansiyaya aid deyil, ətraf ailələr də burdan elektrik alırlar. Yəni “Azərenerji”nın “fərasətli” işçiləri adı gedən transformatordan 50-yə yaxın evə işıq veriblər.
Buna bir sözümüz yoxdur. Enerji alan, şübhəsiz istehlak etdiyi enerjinin pulunu da verir.
Bəs onda susuz qalan 300 hektardan çox əkinlər necə olsun?! Su çıxmayan torpaqlarda əkinçiliklə məşğul olanlarln günahı nə?!
Odur ki, “Azərenerji” bu istiqamətdə ciddi araşdırma aparıb qısa müddətdə təsirli tədbirlər görməlidir.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”


Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter