Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür
- 28.09.2023, 00:15, Baxış sayı:
- 227
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü, imzalanan sənədlər, mətbuata birgə bəyanatları münasibətlərimizdə yeni səhifə kimi dəyərləndirilir. Zəngin tarixə malik, biri-biri ilə qırılmaz tellərlə bağlı olan iki dost ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə xarakterizə etdi: “Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram…Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir.”
Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Tarixi Zəfərimiz əlaqələrimizin daha da möhkəmlənməsində stimulverici amil oldu. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyindən bəhs etməsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı qardaşlığımızın dünyaya nümayişi oldu. Qardaş ölkə sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərdi, eyni zamanda, tarixi Zəfərimizdən sonra sahibinə qovuşmuş torpaqlarımızda atılan hər bir addımda Azərbaycanın yanındadır.
Seyidgülü Əmirova,
Sabirabad rayonunun fəal gənci