• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı dünya birliyinə mühüm mesajlar ünvanladı

  • 18.06.2021, 14:09, Baxış sayı:
  • 436
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı dünya birliyinə mühüm mesajlar ünvanladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri həm böyük siyasi, həm də mənəvi əhəmiyyətə malikdir. Bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı oldu. Qardaş ölkənin prezidenti işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısı oldu. Bu isə iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun göstəricisidir.
Bu səfər zamanı gerçəkləşdiriləcək layihələrin müzakirəsi, imzalanan sənədlər, sazişlər və verilən birgə bəyanatlar, mesajlar, heç şübhəsiz, çoxlarına dərs oldu.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə-Qarabağa səfərindən sonra mühüm məqamlardan biri də 16 iyun tarixində Milli Məclisdə deputatlar qarşısında etdiyi çıxış idi. Qarabağda gördüklərini “Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın” fikirləri ilə ifadə edən qardaş ölkənin Prezidenti bir daha ermənilərin Qarabağda həyata keçirdikləri vəhşilikləri tənqid etmişdir.
Çıxışında qazanılmış zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olduğunu və zaman keçdikcə Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri daha yaxşı dərk ediləcəyini qeyd edən qardaş ölkənin rəhbəri bütün bu proseslərin Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcı olduğunu da vurğuladı. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Rəcəb Tayyib Ərdoğan çıxışında Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacağını da bildirdi.
Çıxışda diqqət çəkən məqamlardan biri də altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma təklifinə də toxunulması idi. Belə ki, yaradılacaq platforma ilə bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qaldırılaraq qarşılıqlı etimad və əməkdaşlıq çərçivəsində regionda təhlükəsizlik təmin olunacaqdır.
Bu gün Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına yönəlib. Bu baxımdan, bugünki səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

Elnurə Məmmədova,
Sabirabad rayonu Dadaşbəyli kənd tibb məntəqəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter