• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Təbrik edirik!

  • 23.08.2023, 22:01, Baxış sayı:
  • 306
Təbrik edirik!
Həmyerlimiz Bəyimxanım Əlirza qızı Hüseynova (Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, birinci dərəcəli “Əmək” ordenli Fatma xanım Hüseynovanın qardaşı qızı) doktorluq müdafiəsi zamanı yazdığı məqaləyə görə respublika üzrə birinci yerə layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, Bəyimxanım Hüseynova 1995-ci il dekabrın 5-də anadan olub. 2010-cu ildə Qaratəpə kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirib. Elə həmin ildə 655 balla BDU-ya daxil olub.
Bəyimxanım Hüseynova BDU-nun coğrafiya fakültəsini, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını, Almaniyada VİRS-VİTTEK Universitetinin magistraturasını fərqlənmə diplomları ilə bitirib. AMEA-nın doktoranturasını müvəffəqiyyətlə başa vurub. Hazırda fəlsəfə doktorluğuna namizəddir.
O, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) , Elm və Təhsil nazirliyinin, ölkəmizdəki ABŞ səfirliyinin və digər təşkilatların keçirdikləri müsabiqələrdə uğurlar qazanmış və mükafatlarla təltif olunmuşdur.
Bu münasibətlə Bəyimxanım Hüseynovanı təbrik edir və daha böyük uğurlar arzulayırıq.

“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter