• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Unutsaq unudularıq. Sosialist Əməyi Qəhrəmanı Çervon Əli qızı Azayeva

  • 23.12.2020, 13:43, Baxış sayı:
  • 693
Unutsaq unudularıq.  Sosialist Əməyi Qəhrəmanı Çervon Əli qızı Azayeva
Çervon Əli qızı Azayeva 10 mart 1928-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan şəhəri) Çölbeşdəli kəndində (Çölbeşdəli kəndi 1930-cu ildən Sabirabad rayonunun tərkibinə daxil edilmişdir) kolxozçu ailəsində anadan olmuşdur. Bakı Hidromeliorasiya Texnikumunu və Gəncə Kənd Təsərrüfatı İns­titutunun aqronomluq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə Çölbeşdəli kəndində yerləşən «Sovet Azərbaycanı» kolxozunda sıravi pambıqçı kimi başlamış, 1954-1979-cu ilədək (təqaüdə çıxana qədər) həmin kolxozun sədri olmuşdur.
Ç.Azayeva IV, VI, VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsü idi.
2006-cı ildə vəfat etmişdir.



Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter