2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sabirabad şəhər 5 saylı tam orta məktəbinin müəllimi Sahir Əlizadə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Qısa tanıtma:Əlizadə Sahir Əlisa oğlu 1959-cu ildə Sabirabad şəhərində anadan olmuşdur. Sabirabad şəhər 1 saylı orta məktəbini (1976), 1982-ci ildə isə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Sahir Əlizadə 1982-1984-cü illərdə N saylı hərbi hissədə zabit kimi qulluq etmişdir.
O, Sabirabad Texniki Peşə məktəbində (1984 -1985) müəllim, Sabirabad Ayıqlıq Uğrunda Könüllü Mübarızə Cəmiyyətində (1985-1987) sədr, 1987-1992-ci illərdə Sabirabad rayon Partiya Komitəsində təlimatçı, Sabirabad rayon İcra Hakimiyyətində şöbə müdiri işləmişdir. 1992-ci ilin sentyabrından Sabirabad şəhər 2 saylı orta məktəbində müəllim, direktor müavini, daha sonra Sabirabad Peşə Liseyində direktor vəzifələrində çalışmışdır. Sabirabad rayon İcra Hakimiyyətində (1997-2001) böyük məsləhətçi, 2001-ci ilin sentyabr ayından Sabirabad şəhər 5 saylı tam orta məktəbində müəllim və direktor müavini, hazırda isə müəllim işləyir.
Sahir Əlizadə “Qabaqcıl təhsil işçisi” (2019) döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, 3 qızı, 1 oğlu var.
“Əməkdar müəllim” adı alması münasibətilə Sahir Əlizadəni təbrik edir, can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Muğanın səsi”