• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Həyat məqsədi aydın olan insan hər şeyə qadirdir

  • 04.08.2023, 15:18, Baxış sayı:
  • 449
Həyat məqsədi aydın olan insan hər şeyə qadirdir
Həyat məqsədi aydın olan insan hər şeyə qadirdir
Bütün dünyada inkişaf sahibkarlıqla bağlıdır. O ölkədə ki, sahibkarlıq yoxdur, o yerdə ki, mülkiyyətin üzərində sahibkar dayanmayıb, orada heç bir inzibati üsulla ahəngdar inkişafa nail olmaq, bolluq yaratmaq mümkün deyildir. Tarixi öz təbii axarından saxlamaq, istiqamətini dəyişdirmək də qeyri-mümkündür. Hazırkı cəmiyyət quruculuğunda onun ideoloji, siyasi və əməli strukturları da yeniləşmişdir. Torpaq üzərində bütün dünyada və ölkədə olduğu kimi, xüsusi mülkiyyət hüququ bərqərar olmuşdur. Uzun illər ərzində ümumi mülkiyyət sayılan torpaq əkinçiyə qaytarılmışdır. İstehsalçıya öz məhsullarını bazar qiymətləri ilə satmaq imkanı verilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin aqrar islahatlar, bazar münasibətləri, yeni idarəetmə formalarına keçmək barədə irəli sürdüyü konkret vəzifələr, verdiyi müdrik və uzaqgörən tövsiyələr, kəndlinin işini daha yaxşı qurmaq üçün sözün əsl mənasında proqram olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramı ölkədə iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Bu gün kəndlinin torpaqla məşğulluğunun səmərəsini artırmaq, ona əsl sahibkar kimi dirçəlmək üçün kənddə yeni dövlət siyasəti aparılır. Dövlət Proqramı regionlarda bir sıra problemlərin həllinə imkan yaradır.
Dövlət Proqramına uyğun olaraq ölkəmizin digər bölgələri kimi, Sabirabad rayonunda da ayrı-ayrı ərazi vahidlərində müəyyən tədbirlər görülməkdədir. Güdəcühür kənd inzibati ərazi dairəsi rayonun böyük yaşayış məntəqələrindəndir. Bu kəndin adamları əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıqla məşğul olurlar. Rayonda qabaqcıl sahibkar kimi tanınmış Axtaçı-Muğan kənd sakini Bəydabə Vəliyev isə necə deyərlər, universal adamdır. Əkinçilik, heyvandarlıqla yanaşı, kənd təsərrüfatı texnikası ilə də məşğuldur.
Ömürlüyündən sətirlər:
Bəydabə Eldar oğlu Vəliyev 26 yanvar 1967-ci il də Sabirabad rayonun Axtaçı-Muğan kəndində anadan olub. 1974-cü ildə Sabirabad rayon Axtaçı-Muğan kəndindəki orta məktəbin I sinfinə daxil olub, 1984 cü ildə 10 illik təhsilini tamamlayıb. Ailə 11 nəfərdən ibarət olub. Atası Vəliyev Eldar ikinci cahan savaşı veteranı, anası Vəliyeva Nənəxanım kolxozçu, 2 qardaşı, 1 bacısı ali təhsilli, 1 bacısı kollec təhsilli, 1 bacısı isə peşə təhsilli olublar.
Bəydabə Vəliyev 1984-cü ildə Rusiyanın Saratov şəhərindəki ali təyyarəçilər məktəbinə daxil olub. İxtisasca qırıcı təyyarəçilər əvəzinə vertaliyot ixtisası üzrə yönləndirildiyinə görə həmin məktəbi oxumaqdan imtina edib. Sabirabad hərbi komissarlığı tərəfindən sürücülük məktəbini oxumuş,Sovet ordusu sıralarında hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətini Macarıstan Respublikasında əlaçı əsgər kimi başa (1985-1987) vurub.
Əsgərlikdən qayıtdıqdan sonra Şirvan şəhər sağlamlıq mərkəzində (1987-1993) sürücü işləyib.
Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsində post nişançı,baş nişançı, yüklərin və obyektlərin təhlükəsizliyi avtomobilinin sürücüsü kimi fəaliyyət (1994-2006) göstərib.
Rəsmi işdən əlavə kiçik maşınların,avtomobillərin hərəkət və mühərrik təmirini, o cümlədən,kənd təsərrüfatı texnikalarının təmirini öyrənmək məqsədilə usta yanında 2 il köməkçi,sonralar isə müstəqil usta kimi fəaliyyət (1987-2006) göstərib.
29.03.2006-cı-ildə “Aqrolizinq’’ ASC-nin Şirvan (RATB) rayon təchizat bazasında mütəxəssis yığım və komplektləşdirmə üzrə mühəndis, 08.08.2006-cı ildə “Aqrolizinq’’ ASC-nin Sabirabad rayon aqroservis filialının müdiri təyin olunub.
“Aqrolizinq’’ASC-dən öz ərizəsi ilə işdən azad (10.09.2008) olunaraq, özəl “Aqrosevis’’yaratmaq məqsədi ilə, “Aqrolizinqdən’’lizinqə texnikalar və aqreqatlar götürüb.
2003-cü ildə təsis etdiyi “El-gün ’’ MMC-nin 21.12.2004-cü ildə Beynəlxalq layihələrin idarə edilməsi assosasiyasına verdiyi layihə Kənd təsərrüfatı nominasiyası üzrə “İntellekt’’ mükafatına layiq görülüb.
2003-2006-cı illər ərzində Qeyri hökümət təşkilatları Beynəlxalq Xilasetmə Komitəsi,SCF-Az.kil tərəfindən Sabirabad rayonu Güdəcühür kəndində müxtəlif layihələrin həyata keçirilməsi, kənd yollarının bərpası,xeyir-şər avadanlıqlarının təşkili,suvarmada bərpa ,müxtəlif marifləndirmə işləri,sertifikatların verilməsi, məktəbin təmiri və müasir elektron ATS binasının tikintisində, həmçinin drenajların qazılması kimi ictimai işlərdə böyük fəaliyyəti olub.
2008-2012-ci ildə özəl Aqroservis yaratmış və fermer kimi fəaliyyət göstərməklə, qismən yararsız torpaqların istifadəyə verilməsi, taxıl və yem bitkilərinin istehsalı, o cümlədən lizinqə götürdüyü texnikalardan səmərəli istifadə etməklə innovativ yeniliklərə imza atıb.
2012-2018 ci illər ərzində əkin sahələrini artırmaq, “Aqrolizinq” ASC -ə gətirilimiş ilk LTM-400 markalı lazer tipli hamarlayıcını lizinqə götürməklə əkin sahələrinin hamarlamasını öyrənərək, suvarmada su itkisinin qarşısını almaqla məhsuldarlıqda yüksəs nəticələr əldə edib. Lazer tipli hamarlayıcını sosial şəbəkələrdə KİV-də təbliğ etməklə fermerləri yüksək səviyyədə maarifləndirib. 2013-2023 illər arasında, Sabirabad rayonu ərazisində bu hamarlayıcının sayı 20-ni ötmüşdür. Məhsuldarlıqda taxılçılıq üzrə 2018-ci il nəticələrinə görə 25 dekabr 2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 840 nömrəli sərəncamla 2-ci dərəcəli “Əmək” ordeni ilə mükafatlandırılıb.
2018-ci ildə Respublika Fermerlər Şurasına üzv seçilib. 2023-cü il 2-ci dəfə Respublika Fermerlər Şurasının üzvlüyünə laiq görülüb.
Hal-hazırda başcılıq etdiyi özəl “Aqroservis”də bu adları göstərilən texnikalar mövcuddur:
MTZ-12.21 (1 ədəd), MTZ-89.2(1 ədəd), MTZ-82.1(1 ədəd), Bekoloder B 90B (1 ədəd), özü boşaldan zil (2 ədəd), Klas Dominator 130 taxıl/Kom (2ədəd), L 200 Mitsubişi minik maşın(1 ədəd), kotan,mala, yumşaldıcı,ağır diskli mala,rotorlu ot biçən,çiləyici,kanal açan və s.
Əlavə olaraq onu da bildirək ki, B. Vəliyevin rəhbərlik etdiyi müəssisənin əmədaşları Güdəcühür ərazi vahidində Gübrə.az-n gübrə və herbisidlərinin satışı üçün əlverişli şərait yaradaraq, təhsilli kadr cəlb etməklə əhaliyə bacardıqları qədər kömək edirlər.
Həyat yoldaşı Tünzalə Qismət qızı Vəliyeva kənd təsərrüfatında gəaliyyət göstərir. Üç qızı, bir oğlu var. Xanım Əliyeva, Xatın Aslanlı ailəlidirlər hər ikisinin iki övladı var. Ali təhsilli müəllimdirlər. Aygün Vəliyeva ali təhsil alıb. Axtaçı-Muğan kəndində biologiya müəllimi iişləyir və yenicə ailə qurmuşdur.
Elgün Eldarlı sürücülük və mexanizatorluq peşələrinə yiyələnib, hərbi xidmətini başa vurub, hazırda kənd təsərrüfatında çalışır.
Bəydabə Vəliyevlə söhbətimiz maraqlı oldu. Ondan qabaqcıllığın sirrini soruşduqda dedi ki, zəhmət olmasa, dirilik də olmaz. Bizə zəka bəxş edən, idrakımızı inkişaf etdirən zəhmətdir. Zəhməti sevmək, işə can yandırmaq insana başucalığı, üzağlığı gətirir. İnsanı tanıdan, yaşadan, ad-sana çatdıran əməkdir. İş ən böyük öyrədəndir. İş görsən, tər töksən, ağrılardan-acılardan keçsən, halallığa çıxarsan. İndi yalnız tənbəl pulsuzluqdan, imkansızlıqdan şikayətlənər. Bizdə isə uşaq ayağını yerə basandan zəhmətə alışdırılır.
O, qabaqcıl əmək adamlarından Sədulla Məmmədovun, Alim Qasımovun, Ədalət Məmmədovun, Mais Qasımovun, Elgün Eldarlının, Namiq Əkbərovun, Yaqub Baxışovun adlarını da çəkdi.
Bəydabə Vəliyev daha sonra vurğuladı ki, biz bəzən Vətənə, el-obaya necə xidmət eləməyin yolları barədə fikirləşirik. Bu haqda çox düşünmək lazım deyil. Sadəcə olaraq necə deyərlər, beli, dırmığı, yabanı əlimizə, çiynimizə almaq, bizi yedizdirən, yaşadan əbədi anamız torpağı yaxşı-yaxşı becərmək, onu gül-çiçəyə çevirmək gərəkdir. Torpağa xidmət eləmək elə Vətənə xidmət etmək deməkdir.
Bəydabə Vəliyev torpağa etinasız olanları xoşlamır. Deyir ki, bəzi əkinçilərdə torpaqdan istifadə etmək mədəniyyəti çatışmır. Onlar torpağa insafsız münasibət bəsləyirlər. Torpağın dilini bilmədiklərindən ona divan tuturlar. Belədə bolluq yox, qıtlıq yaranır.
Ondan xeyirxah işlərindən də danışmasını xahiş edəndə dedi ki, xalqın belə bir məsəli var: “Balığı at dəryaya, balıq bilməsə də xalıq bilər”. Mənim bütün etdiklərim göz qabağındadır. Odur ki, onları sadalamağa ehtiyac duymuram. İmkansız ailələrə əl tutmaq mənim böyük idealım, insani borcumdur.
Bəydabə Vəliyev söhbətimizin sonunda vurğuladı ki, Allah ulu öndərimiz Heydər Əliyevin ardıcılı olan möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun. Ümid yerimiz yalnız odur. Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır,-dedi və bunu gerçəkləşdirdi, Vətənimizi dardan qurtardı. Allaha çox şükür ki, onun apardığı siyasət sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da qayğı göstərilir, sahibkarlar bu qayğıdan bəhrələnirlər.
Bu gün Bəydabə Vəliyevin əmək fəaliyyətinə fikir verdikdə görürük ki, doğrudan da həyat məqsədi aydın olan insan hər şeyə qadirdir.
Elçin NƏSİB
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter