• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sahibkar. ZƏHMƏTLƏ UCALAN

  • 15.06.2021, 18:31, Baxış sayı:
  • 694
Sahibkar.  ZƏHMƏTLƏ UCALAN
Sahibkar.  ZƏHMƏTLƏ UCALAN
Sahibkar.  ZƏHMƏTLƏ UCALAN
Sahibkar.  ZƏHMƏTLƏ UCALAN
“Qabusnamə”də belə bir fikir var: “Artıq bir şeyin varsa, (var-dövlət nəzərdə tutulur) torpağa ver, çünki torpağa nə versən artıqlamasilə geri alarsan, mayan da həmişə əlində qalar, qazancın da bol və halal olar” İnsanın torpaq üzərində xüsusi mülkiyyət arzusu torpağın özü qədər uludur. Həm də insanın psixologiyası da elədir ki, hər şeydən əvvəl o, özü üçün, ailəsi üçün işləyir. Bu cazibə stimulunu onun əlindən heç cür almaq mümkün deyildir.
Bütün dünyada inkişaf sahibkarlıqla bağlıdır. O ölkədə ki, sahibkarlıq yoxdur, o yerdə ki, mülkiyyətin üzərində sahibkar dayanmayıb, orada heç bir inzibati üsulla ahəngdar inkişafa nail olmaq, bolluq yaratmaq mümkün deyildir. Tarixi öz təbii axarından saxlamaq, istiqamətini dəyişdirmək də qeyri-mümkündür. Hazırkı cəmiyyət quruculuğunda onun ideoloji, siyasi və əməli strukturları da yeniləşmişdir. Torpaq üzərində bütün dünyada və ölkədə olduğu kimi, xüsusi mülkiyyət hüququ bərqərar olmuşdur. Uzun illər ərzində ümumi mülkiyyət sayılan torpaq əkinçiyə qaytarılmışdır. İstehsalçıya öz məhsullarını bazar qiymətləri ilə satmaq imkanı verilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin aqrar islahatlar, bazar münasibətləri, yeni idarəetmə formalarına keçmək barədə irəli sürdüyü konkret vəzifələr, verdiyi müdrik və uzaqgörən tövsiyələr kəndlinin işini daha yaxşı qurmaq üçün sözün əsl mənasında proqram olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu çox ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları ölkədə iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Bu gün kəndlinin torpaqla məşğulluğunun səmərəsini artırmaq, onu əsl sahibkar kimi dirçəlmək üçün kənddə yeni dövlət siyasəti aparılır. Dövlət Proqramı regionlarda bir sıra problemlərin həllinə imkan yaradır.
Dövlət Proqramına uyğun olaraq ölkəmizin digər bölgələri kimi, Sabirabad rayonunda da ayrı-ayrı ərazi vahidlərində müəyyən tədbirlər görülməkdədir. Salmanlı kəndi rayonun çox da böyük olmayan ucqar yaşayış məntəqələrindəndir. Bu kəndin adamları əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıqla məşğul olurlar. Rayonda qabaqcıl sahibkar kimi tanınmış Salmanlı kənd sakini Nəcəf Hüseynov isə yerli əkinçilər üçün ənənəvi olmayan sahəni seçib. Heyvandarlıqla yanaşı, bağçılıqla da məşğuldur.
Nəcəf Qabil oğlu Hüseynov 1969-cu ildə Sabirabad rayonunun Salmanlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. Atası kolxozda mexanizator işləyib. Anası Südabə xanım Qəhrəman anadır. Vaxtilə pambıqçı olub. Nəcəf Hüseynov əli iş tutandan zəhmətə qatlaşıb. Halal adam kimi tanınır. Bu hörmət və izzəti o, halal zəhməti, hamının xeyrinə-şərinə yaraması ilə qazanıb. Nəcəf ali məktəbi qurtaran il Bakıda qalıb işləyə bilərdi. Lakin o, doğma kəndlərinə qayıtmağı, torpaqda çalışmağı hər şeydən üstün tutmuşdur. 1994-cü ildən sahibkarlıq fəaliyyətinə başlamışdır. Əvvəlcə qoyunçuluq təsərrüfatı yaratmışdır. Sonra təsərrüfatı yavaş-yavaş inkişaf etdirmişdir. Bu gün Nəcəfi təkcə öz problemləri deyil, habelə doğma el-obasının dərd-səri, həmyerlilərinin qayğıları da çox narahat edir. Nəcəf Hüseynov xeyli ailəni işlə təmin etmişdir. Onlar öhdələrində olan 200 hektar torpaq sahəsini necə deyərlər, laləzara çevirmişlər. Torpaqdan təsərrüfatçıllıqla istifadə edirlər. Hər il bol süfrə üzümü istehsal olunur. Təsərrüfatın əməkçiləri badam bağları da salmışlar. Həmçinin istixana şəraitində pomidor yetişdirirlər. Bəzək ağaclarının, gül kollarının tinglərini böyüdüb satırlar. Gələcəkdə alça, limon, “Əjdər meyvəsi” də yetişdirmək niyyətindədirlər.
Nəcəf Hüseynovla söhbətimiz maraqlı oldu. Ondan qabaqcıllığın sirrini soruşduqda dedi ki, zəhmət olmasa, dirilik də olmaz. Bizə zəka bəxş edən, idrakımızı inkişaf etdirən zəhmətdir. Zəhməti sevmək, işə can yandırmaq insana başucalığı, üzağlığı gətirir. İnsanı tanıdan, yaşadan, ad-sana çatdıran əməkdir. İş ən böyük öyrədəndir. İş görsən, tər töksən, ağrılardan-acılardan keçsən, halallığa çıxarsan. İndi yalnız tənbəl pulsuzluqdan, imkansızlıqdan şikayətlənər. Bizdə isə uşaq ayağını yerə basandan zəhmətə alışdırılır.
Nəcəf Hüseynov daha sonra vurğuladı ki, biz bəzən Vətənə, el-obaya necə xidmət eləməyin yolları barədə fikirləşirik. Bu haqda çox düşünmək lazım deyil. Sadəcə olaraq necə deyərlər, beli, dırmığı, yabanı əlimizə, çiynimizə almaq, bizi yedizdirən, yaşadan əbədi anamız torpağı yaxşı-yaxşı becərmək, onu gül-çiçəyə çevirmək gərəkdir. Torpağa xidmət eləmək elə Vətənə xidmət etmək deməkdir.
Nəcəf Hüseynov torpağa etinasız olanları xoşlamır. Deyir ki, bəzi əkinçilərdə torpaqdan istifadə etmək mədəniyyəti çatışmır. Onlar torpağa insafsız münasibət bəsləyirlər. Torpağın dilini bilmədiklərindən ona divan tuturlar. Belədə bolluq yox, qıtlıq yaranır.
Ondan xeyirxah işlərindən də danışmasını xahiş edəndə dedi ki, xalqın belə bir məsəli var: “Balığı at dəryaya, balıq bilməsə də xalıq bilər”. Mənim bütün etdiklərim göz qabağındadır. Odur ki, onları sadalamağa ehtiyac duymuram. İmkansız ailələrə əl tutmaq mənim böyük idealım, insani borcumdur.
Salmanlı kəndinin tarixi haqqında da onun zəngin məlumatı vardır. Nəcəf Hüseynovun dediyinə görə, kəndi onun ulu babası Salman kişi salmışdır.
Nəcəf Hüseynov söhbətimizin sonunda vurğuladı ki, Allah Ulu Öndərimiz Heydər Əliyevin ardıcılı olan möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun. Ümid yerimiz yalnız odur. Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır,-dedi və bunu gerçəkləşdirdi, Vətənimizi dardan qurtardı. Allaha çox şükür ki, onun apardığı siyasət sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da qayğı göstərilir, sahibkarlar bu qayğıdan bəhrələnirlər.
Bu gün Nəcəf Hüseynovun əmək fəaliyyətinə fikir verdikdə görürük ki, doğrudan da həyat məqsədi aydın olan insan hər şeyə qadirdir.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter