• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Teymur Məmmədovun şərəfli ömür yolu

  • 24.05.2023, 18:02, Baxış sayı:
  • 124
İnsan ömrü çox keşməkeşlidir. Onun yaxşısı var, pisi var, xoş günləri, bəd günləri var, uzun ömür, gözəl ömür var. Lakin ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlığa xidmətə yönəldilir, bəşəriyyətə xidmət edir, elmə, sənətə, ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan gözəl insanlardan biri də Teymur Məmmədovdur.
Teymur Məmmədovun 60 yaşı tamam olur. Onun ömür və əməl yoluna nəzər salanda görürük ki, 60 yaş Teymur Məmmədov üçün sadəcə statistik göstərici və ya quru rəqəm deyil. Onun həyata və cəmiyyətə baxışlarının zirvə məqamıdır. Bu zirvəyə aparan yol isə zəhmətdən başlayır. Uşaqlıqdan zəhmətə alışan, bütün tərcümeyi-halı zəhmətlə yoğrulan bu insan şərəfli ömür yolu keçmişdir.
Məsləki və amalı millətinə xidmət etmək üstündə köklənən, elinə, obasına sonsuz sevgilərlə bağlanan Teymur Məmmədov özünün fərasəti, əməksevərliyi, işə məsuliyyətlə yanaşması sayəsində bu gün seçilən və sevilən ziyalı səviyyəsinə yüksəlmişdir.
Teymur Məmi oğlu Məmmədov 22 may 1963-cü ildə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. 1980-ci ildə Xəlfəli kənd orta məktəbini bitirib. Elə həmin ildə Ümummilli Lider Heydər Əliyevin göndərişi ilə Ukrayna respublikasının Vinnitsa şəhərindəki Vinnitsa Politexnik İnstitutuna daxil olub. 1985-ci ildə həmin institutu mühəndis-müəllim ixtisası üzrə bitirərək Sabirabad rayon 135 nömrəli texniki peşə məktəbinə müəllim təyin edilib. Teymur Məmmədov ikinci ali təhsil alıb Bakı Slavyan Universitetini (1988-1994) rus dili və ədəbiyyatı ixtisası üzrə bitirib
Teymur Məmmədov Azərbaycan Milli Ordusunda da (1993-1998) xidmət edib. Xidmət etdiyi müddətdə tağım komandiri vəzifəsindən qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Ağdam, Tərtər istiqamətində döyüş bölgəsində xidmət edib. Onun rəhbərlik etdiyi bölüyün snayperçisi düşmən alayının artilleriya rəisinin polkovnik leytenantını məhv edib. Sonradan əmək fəaliyyətini Xəlfəli kənd orta məktəbində davam etdirib. Həmin məktəbdə müəllim (1998-2000) işləyib. 2000-ci ildən bələdiyyə seçkilərinə qatılıb. Xəlfəli bələdiyyəsinin sədri (2000-2005) işləyib. Yenidən Xəlfəli kənd məktəbində müəllim kimi (2005-2011) çalışıb.
2012-ci ildə ona yüksək etimad göstərilərək RİHB-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində fəaliyyət göstərib. 2021-ci ilədək həmin vəzifədə çalışıb. 2021-ci ilin martından RİHB-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə işləyir.
Teymur Məmmədov ailəlidir. Iki qızı və bir oğlu var. Həyat yoldaşı Məryəm xanım ali təhsillidir. Xəlfəli kənd tam orta məktəbində müəllim işləyir. Qızları Afaq və Güllü tibb bacısı işləyirlər. Ailəlidirlər. Oğlu Pərviz Məmmədli ali təhsillidir. Hazırda “N” saylı hərbi hissədə xidmət edir.
Mayın 22-də Teymur Məmmədovun 60 yaşı tamam oldu. Bu münasibətlə onu yaxınlar, qohumlar, dost-tanışlar, iş yoldaşları ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, gələcək işlərində uğurlar arzulayırlar!
“Muğanın səsi”

Teymur Məmmədovun şərəfli ömür yolu
Teymur Məmmədovun şərəfli ömür yolu
Teymur Məmmədovun şərəfli ömür yolu
Teymur Məmmədovun şərəfli ömür yolu
Teymur Məmmədovun şərəfli ömür yolu
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter