• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli, Ulacalı, Nərimankənd kəndlərində keçirilmişdir

  • 24.05.2023, 18:20, Baxış sayı:
  • 126
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli, Ulacalı, Nərimankənd kəndlərində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Xəlfəli kəndində Şəhriyar kənd inzibati ərazi dairəsinə daxil olan Şəhriyar, Xəlfəli və Axtaçı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon ərazisində Heydər Əliyevin 100 illik yubleyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Həmçinin rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək vurğulamışdır ki, Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Eyni zamanda RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Cəbrayıl İmranov, Poladxan Şahverdiyev, Ələmdar Əliyev və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərə­findən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli, Ulacalı, Nərimankənd kəndlərində keçirilmişdir
Ulacalı kəndində keçirilən görüş-gəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar görüş-qəbulda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən danışmış, işğaldan azad olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermişdir.
İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.
Qəbulda kənd sakinlərindən Ağaqədir Mirzəyev, Böyükağa Hüseynov, Mübariz Fətəliyev və başqalarının müraciətləri dinlənilmiş və icra başçısı qaldırılan məsələlərin həlli üçün aidiyyatı təşkilatların məsul işçilərinə tapşırıqlarını vermişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli, Ulacalı, Nərimankənd kəndlərində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Nərimankənd kənd tam orta məktəbində Qaratəpə kənd inzibati ərazi dairəsinə daxil olan Qaratəpə və Nərimankənd kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon ərazisində Heydər Əliyevin 100 illik yubleyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Həmçinin rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək vurğulamışdır ki, Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Eyni zamanda RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Taleh Səmədov, Qaratel İsmayılova və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərə­findən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter