Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Şəhriyar kəndində keçirilmişdir
- 16.05.2022, 17:40, Baxış sayı:
- 685
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Şəhriyar kəndində Şəhriyar kənd inzibati ərazi dairəsinə daxil olan Şəhriyar, Xəlfəli və Axtaçı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Qəhrəman Süleymanov, Sevinc Hüseynova. Rauf Həsənov və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.