• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Əliləmbəyli, Əhmədabad, Qasımbəyli və Çöl Beşdəli kəndlərində keçirilmişdir

  • 13.04.2023, 15:18, Baxış sayı:
  • 123
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Əliləmbəyli, Əhmədabad,  Qasımbəyli və Çöl Beşdəli kəndlərində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əliləmbəyli kənd klubunda Əliləmbəyli kənd inzibati ərazi dairəsinə daxil olan Əliləmbəyli və Çöl Ağaməmmədli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbul başlamazdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon sakinləri adından qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Sərəslan Salmanov, Yunis Yusifov, Maarif Məmmədov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
***
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əhmədabad kənd mədəniyyət evində kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbul başlamazdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon sakinləri adından qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Əhməd Əhmədov, Abdulla Eyyubov, Şamil Şahsəddinov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
***
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Qasımbəyli kənd tam orta məktəbində Qasımbəyli kənd inzibati ərazi dairəsinə daxil olan Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı və Muradbəyli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Vətən Müharibəsi şəhidinin atası Mehman Musayev, kənd sakinləri Mirzalı Cəfərov, Rasim Ağayev və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
***
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Çöl Beşdəli kənd tam orta məktəbində Çöl Beşdəli kənd inzibati ərazi dairəsinə daxil olan Çöl Beşdəli və Zalqaraağac kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Habil Şirinov, İsgəndər Azayev, Şahin Həsənov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter