Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Bulaqlı kəndində Kürkəndi kənd inzibati ərazi dairəsinə daxil olan Kürkəndi, Bulaqlı, Suqovuşan və Yastıqobu kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Gülağa Nəbiyev, Rəcəb Urufov, Rövşən Nazimov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.