• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Şıx Salahlı kəndində keçirilmişdir

  • 28.04.2022, 14:33, Baxış sayı:
  • 383
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Şıx Salahlı kəndində keçirilmişdir
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Şıx Salahlı kəndində Şıx Salahlı kənd inzibati ərazi dairəsinə daxil olan Şıx Salahlı və Osmanlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Bəylər Heydərov, Şahin Hüseynov, Gülyetər Əhmədova və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter