• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ŞƏRƏFLİ ÖMÜR YOLU

  • 29.03.2022, 22:37, Baxış sayı:
  • 605
ŞƏRƏFLİ ÖMÜR YOLU
Seyidhəşim Ağayevin 80 illik ömür yolu - onun həyata və cəmiyyətə baxışının zirvə məqamıdır
Hər kəs həyatda öz ömür payını yaşayır. Xoşbəxt o insandır ki, adı, ünvanı el arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın istəklisinə çevrilir, hamı, böyüklü-kiçikli xətir-hörmətini saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömrünə işıq düşür. Bir də ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlığa xidmətə yönəldilir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan biri də Seyidhəşim Ağayevdir.
Seyidhəşim Seyidhüseyn oğlu Ağayev 1942-ci il fevralın 2-də Sabirabad rayonunun Quruzma kəndində anadan olub. Elə həmin kənddə də orta təhsil alıb.
Seyidhəşim Ağayevin söylədiyinə görə, təhsil aldığı məktəb XX əsrin əvvəllərində məscid-mədrəsə kimi fəaliyyət göstərmişdir. Həmin məktəb 1924-cü ildən etibarən Sabirabadın ilk orta məktəblərindən olmuşdur. Ötən əsrin 60-cı illərində Kür çayı öz yatağını dəyişdiyindən həmin məktəb daşqına məruz qalmışdır. Sonralar kəndin başqa yerində yeni məktəb binası tikilmişdir.
Uşaqlıqdan zəhmətə alışan, bütün tərcümeyi-halı zəhmətlə yoğrulan bu insan şərəfli ömür yolu keçmişdir. Seyidhəşim Ağayev əmək fəaliyyətinə 1959-cu idə sıravi kolxozçu kimi başlamışdır.
APİ-nin tarix-filologiya fakultəsini bitirmişdir. Üç il Ukraynada hərbi xidmətdə olmuşdur. 1968-ci ildə doğma kəndlərində müəllim işləmişdir.
İctimai işlərdə fəallıq göstərmişdir. Dörd dəfə kənd sovetinin deputatı seçilmişdir.
Seyidhəşim Ağayev 1972-ci ildə Rusiyanın Pskov vilayətində zabitlər kursunda təhsil alıb. 4 ildən artıq müddətdə Sabirabad rayon Partiya Komitəsində təlimatçı işləyib.
22 il OADKYC Sabirabad Avtomobil Məktəbinin rəisi vəzifəsində çalışıb. Hazırda məsul ictimai vəzifə daşıyır-Sabirabad şəhər Ağsaqqallar Şurasının sədridir.
Seyidhəşim Ağayev dəfələrlə maddi və mənəvi cəhətdən mükafatlandırılmışdır.
Seyidhəşim Ağayevin 5 övladı, 10 nəvəsi, 8 nəticəsi var.
Kərbəla və Məşhəd ziyarətlərində olub.
Onun söylədiyinə görə, ulu babası Mir İsmayıl Ağa Peyğəmbər nəsli olaraq ötən əsrlərdə Məkkə şəhərindən Mədinəyə, İraqa, İrana və ölkəmizə köç ediblər. Seyidhəşim Ağayevin babası Mirsaleh Ağa Seyid Əzim Şirvani ilə dostluq edib. Onunla birlikdə Nəcəfdə dini təhsil alıb. XX əsrin əvvəllərində Quruzma kəndində məscid-mədrəsədə axundluq edib. Atası Seyidhüseyn Ağa Sabirabad rayon məscidinin axundu olub.
Seyidhəşim Ağayev keçmişdən, gələcəkdən çox söhbətlər elədi. Söhbətinin əvvəlində də, sonunda da Ulu Öndərdən, möhtərəm Prezidentimizdən danışdı. Bildirdi ki, bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Ümummilli Lider Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Allah möhtərəm Prezidentimizə kömək olsun. Ümid yerimiz yalnız odur. Möhtərəm Prezidentimiz Allahın köməyi ilə Vətənimizi dardan qurtardı, Qarabağ azad olundu. Prezidentimiz Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Prezidentimizi Allah qorusun! Xalqımızı Prezidentimizlə, Prezidentimizi də xalqımızla Allah özü bir-birilərinə dost, anlaşıqlı, qədirbilən, qayğıkeş olanlardan eləsin! Vətənimizə, xalqımıza firavanlıq arzulayıram!.
Sadəliyi, mehribanlığı ilə fərqlənən, işgüzarlığı, əməksevərliyi, təşəbbüskarlığı ilə başqalarından seçilən, el-obada böyük hörmət qazanan Seyidhəşim Ağayevin 80 yaşı tamam oldu.
Onun ömür və əməl yoluna nəzər salanda görürük ki, 80 yaş Seyidhəşim Ağayev üçün sadəcə statistik göstərici və ya quru rəqəm deyil. Onun həyata və cəmiyyətə baxışının zirvə məqamıdır.
80 illik yubileyi münasibətilə Seyidhəşim Ağayevi ürəkdən təbrik edirik! Ona möhkəm can sağlığı, könül xoşluğu və bütün işlərində uğurlar arzulayırıq!
Elçin NƏSİB,
”Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter