Şərəfli ömür yolu
- 10.12.2021, 21:50, Baxış sayı:
- 493
Facebook
Вконтакте
Одноклассники
Google+
Niftalı Nəzər oğlu İsmayılov (Hacı Niftalı Şıxlar) 1940-cı il mayın 16-da Sabirabad rayonunun Şıxlar kəndində kolxozçu ailəsində anadan olub. Şeyx nəslindəndir. Şıxlar kənd ibtidai (1952), Mürsəlli kənd 7 illik (1955) məktəblərini, Bakı Kənd Təsərrüfatı Texnikumunun yer qurluşu şöbəsini (1959), Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinin coğrafiya şöbəsini (1970), Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını (1974) və Azərbaycan Pedaqoji Xarıcı Dillər İnstitutunun nəzdindəki 2 illik xarıcı dillər kursunun ərəb dili şöbəsini (1980) bitirmişdir. Coğrafiya elmləri namizədi elmi dərəcəsini (1980) və “Baş elmi işçi” elmi rütbəsini (1989) alıb. 50 ildən çox müddətdə istehsalatda və elmi-tədqiqat işlərində çalışıb. Sonuncu iş yeri 26 ildən çox çalışdığı Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu olub. O, bir sıra nüfuzlu cəmiyyət və birliklərin üzvüdür.
Hacı Niftalı Şıxlar 100-dən çox elmi və elmi-populyar məqalələrin, “Coğrafiyadan testlər” (2000) metodik vəsaitin, “Quma və Məşhədə ziyarətlərimdən xatirələr” (2003), “Ömrü uzun, əməli gözəl insan” (2008), “Dünyamızın 20 Yanvar faciəsi” (2010), “Ömrümün 70 ilinin əsas tarixləri” (2010), “Bizim əfsanəvi kosmos generalımız” (2017-2020), “Zəhmətdən yoğrulmuş ömrüm” (2018), “Məni anama çatdırın” (2019) və “Ömrümün 80 ilinin əsas tarixləri” (2020) kitablarının müəllifidir.
Niftalı Şıxlar Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub.
Hacı Niftalı Şıxlara can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Muğanın səsi”