Sabirabadda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası davam edir
- 14.03.2023, 12:05, Baxış sayı:
- 199
Facebook
Вконтакте
Одноклассники
Google+
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Sabirabad rayonunda da silsilə tədbirlər davam etdirilir. Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağac əkmə aksiyası rayonun Qaratəpə kəndinin ərazisində keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli Fatma Hüseynova, YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak etmişlər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin sabirabadlıların Ulu Öndər Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur. Aksiya zamanı sözügedən ərazidə yüzlərlə müxtəlif növ ağac və gül kolları əkilib, eyni zamanda ərazidə olan ağaclara qulluq göstərilib.
2023-cü ilin əvvəlindən ağacəkmə aksiyası çərçivəsində Sabirabad rayonu ərazisində ümumilikdə 9 minə yaxın ağac əklimişdir.