Sabirabadda Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
- 10.05.2021, 11:24, Baxış sayı:
- 503
Facebook
Вконтакте
Одноклассники
Google+
10 may - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Sabirabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Ulu Öndərin doğum gününə həsr olunmuş aksiyada rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak etmişlər. Aksiya iştirakçıları yeni əkilmiş ağaclarla yanaşı, digər ağaclara da aqrotexniki qulluq göstəriblər.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilib.
Ulu Öndərin əbədi xatirəsinə həsr olunmuş bu aksiyada Sabirabad şəhərinin küçələrində və rayonun bir çox kəndlərində 1200 ədəd olmaqla əkilən bu ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.
/Muganinsesi.az/