• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası davam etdirilir

  • 06.03.2023, 11:50, Baxış sayı:
  • 111
Sabirabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası davam etdirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da ağacəkmə aksiyası davam etdirilir. Növbəti aksiya Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət oldu. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Heydər Əliyev adına parkda keçirilən növbəti aksiyada 250 ədəddən artıq həmişəyaşıl və dekorativ ağac əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə aksiya çərçivəsində Sabirabad rayonu ərazisində mart ayının əvvəlinə 8 minə yaxın ağac əkilmişdir. Hazırda ağacəkmə aksiyası davam etdirilir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter