• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda rəsm sərgisi

  • 13.02.2023, 19:17, Baxış sayı:
  • 118
“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda rəsm sərgisi
13 fevral 2023-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev irsinin öyrədilməsi və təbliği məqsədi ilə Sabirabad rayon Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə “Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda maarifləndirici-mühazirə təşkil edildi.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mühazirəni açıq elan edən Mərkəzin metodisti E.Zeynalova şagirdlərə Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş məlumat verib, onun diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olduğunu vurğulayıb. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bu gün qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Qarabağ həsrətinə son qoyulduğunu qeyd edib.
Sonda məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter