“Böyük ömrün anları” adlı qısametrajlı film nümayiş olunub
- 16.12.2021, 10:29, Baxış sayı:
- 1031
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Sabirabad rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub.
Tədbir iştirakçılarına mərkəzin ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb. Çıxış edənlər dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında məlumat veriblər. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıblar.
Sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı mərkəzdə yerləşən tarixi eksponatlara baxış keçirilib, daha sonra mərkəzin 3D kinozalında “Böyük ömrün anları” adlı qısametrajlı film nümayiş etdirilib.
