Ulu Öndərin əziz xatirəsi Sabirabadda ehtiramla anılır
- 10.12.2021, 21:29, Baxış sayı:
- 479
Facebook
Вконтакте
Одноклассники
Google+
12 Dekabr müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Sabirabadlılar da Ümummilli Liderin xatirəsini hörmət və ehtiramla anırlar.
Xalqımızın Ümumilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü ilə əlaqədar Sabirabad rayonunda da silsilə tədbirlər həyata keçirilir. Ümummilli Liderin əvəzsiz xidmətlərindən bütün əmək kollektivlərində, təhsil müəssisələrində keçirilən tədbirlərdə də geniş danışılmışdır. «Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir», «Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır» və s. mövzularda keçirilən müxtəlif səpgili tədbirlər də dinləyicilərin fəallığı şəraitində keçmişdir. Çıxış edənlər müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat veriblər. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, sənaye, kənd təsərrüfatı, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu bildiriblər.
Tədbirlərdə Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Ulu Öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.
Bu günlər Heydər Əliyev Mərkəzi əsl ziyarətgaha çevrilib. Cəmiyyətin bütün zümrələrinə mənsub olan insanlar karantin qaydalarına uyğun olaraq buraya gəlir, xalqımızın dahi oğlunun keçdiyi şərəfli həyat yolu ilə tanış olurlar. Burada Heydər Əliyevin Sabirabad üçün gördüyü böyük işlərdən də geniş söhbət açılır.
Mərkəzin direktoru Rəna Hacızadə deyir ki, Sabirabadda hamıya Heydər Əliyev çox əzizdir. Onun fədakarlıqla dolu həyat yolu buraya gələn hər kəsdə iftixar hissi doğurur. Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri, Sabirabadın inkişafına göstərdiyi misilsiz qayğı bu rayonda daim yüksək dəyərləndirilir, unudulmaz dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılır. Biz qürurlanırıq ki, bu dahi şəxsiyyətin ideyalarının təbliğatçılarıyıq.
Sabirabadlılar xalqımızın sevimli rəhbərinin Anım Günündə fəal iştirak edəcəklər.
“Muğanın səsi”