Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edən dahi Lider
- 23.06.2022, 08:55, Baxış sayı:
- 420
Facebook
Вконтакте
Одноклассники
Google+
Müasir Azərbaycan tarixinin təxminən 40 ili məhz dahi şəxsiyyət Heydər Əliyevin adı, onun çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bugünkü hüquqi, dünyəvi, unitar, demokratik Azərbaycan dövlətinin təməli qoyulub.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar