• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP Sabirabad rayon təşkilatında Anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

  • 16.12.2021, 10:30, Baxış sayı:
  • 288
YAP Sabirabad rayon təşkilatında Anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
YAP Sabirabad rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” mövzusunda dəyirmi masa keçirilib
Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək öz ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Ağayeva və başqaları çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri barədə ətraflı danışıblar. Vurğulanıb ki, Azərbaycan xalqının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd olunub ki, Heydər Əliyev bənzərsiz, özünəməxsus, dünya siyasətində öz dəst-xətti olan tarixi bir şəxsiyyətdir. Məhz onun işləyib hazırladığı daxili və xarici siyasət konsepsiyası sayəsində Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter