Məktəbimizdə şagirdlərin təlim-tərbiyyəsinə xüsusi fikir verilir. Bu günlərdə silsilə tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Məktəbimizin məzunu, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış baş leytenant Nurlan Zeynalovun ad gününə həsr olunmuş “Şəhidlər unudulmur” adlı tədbir də bunların sırasındadır.
Nurlan Zeynalovun adına təşkil edilmiş guşənin önündə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi veteranı Müslüm Rzayev, Yeni Azərbaycan partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Pəhlivan Qarayev, Vətən müharibəsinin qazisi, məktəbin məzunu Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, şəhid Nurlan Zeynalovun ibtidai sinif müəllimi Mətanət Şıxəliyeva və başqaları tədbirdə çıxış etmişlər.
Məktəbimizin şagirdləri Nurlan Zeynalovun həyat və fəaliyyətindən danışmış, şeir söyləmişlər.
Şəhidin valideynləri Rafael Zeynalov və Kəmalə xanım çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.
Tədbir iştirakçıları sonda şəhidin məzarını ziyarət etmişlər.
Qeyd etmək lazımdır ki, məktəbimizdə abadlıq və səliqə-sahman işlərinə də diqqət ayrılır. Belə ki, məktəbin həyətində kiçik park salınmışdır. Orada 100 ədəd ağac və mütəlif ğül kolları əkilmişdir. Bu işdə bizə dəstək olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənova minnətdarlığımızı bildiririk.
Ülviyyə Qəfərova,
9 nömrəli Sabirabad şəhər ümumi orta məktəbinin direktoru