• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsi şəhidi Anar Bahadurovun şəhadətinin ikinci ildönümü

  • 16.12.2022, 22:23, Baxış sayı:
  • 166
Vətən müharibəsi şəhidi Anar Bahadurovun şəhadətinin ikinci ildönümü
Vətən müharibəsi şəhidi Anar Bahadurovun şəhadətinin ikinci ildönümü
Vətən müharibəsi şəhidi Anar Bahadurovun şəhadətinin ikinci ildönümü
Vətən müharibəsi şəhidi Anar Bahadurovun şəhadətinin ikinci ildönümü
Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi və ibtidai siniflər üzrə direktor müavini İradə Rəsulova 3 b sinif şagirdləri ilə birlikdə vaxtilə dərs dediyi şəhid Bahadurov Anar Süleyman oğlunun şəhadətinin ikinci ildönümü ilə əlaqədar tədbir keçiriblər. Tədbirdə şəhid valideynləri, Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Pəhlivan Qarayev, 5 nömrəli məktəbin direktoru Elsevər Kərimov, təşkilatçı müavin Ülkər Süleymanova, məktəbin dil-ədəbiyyat müəllimi Rayihə Vəlizadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Qaratəpə kənd ümumi orta məktəbin direktoru Məleykə Ağayeva, həkim Şahnaz Ağayeva və başqaları iştirak etmişlər.
Bir gün öncə İradə müəllimə şagirdləri ilə şəhid Anar Bahadurovun məzarını ziyarət etmişlər. Şagirdlər şeirlər söyləmiş və məzarın önünə 3 b sinfi adından əklil qoyulmuşdur.
Tədbirdə şəhid Anar Bahadurov haqqında hazırlanmış film nümayiş etdirilmişdir. Şagirdlər “Millətəm”, “Şəhidim” mahnılarını oxumuş, şeirlər söyləmiş, şəhid analara hədiyyə təqdim etmişlər. Aparıcılar Gülay Kərimova və Raul Cavadlı şəhidin tərcümeyi-halı və igidliyi haqqında məlumat vermişlər. Şagirdlərdən Rəna İsmayılova və Bağır Əlizadə hazırladıqları şəkil və mahnı töhvəsini şəhid Anar Bahadurovun anası Zeynəb xanıma təqdim etmişlər.
Tədbirdə şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov və şəhid Fərid Hüseynovun anası Minə Hüseynova çıxış etdərək məktəbin direktoruna, 3b sinif şagirdlərinə və İradə müəlliməyə öz təşəkkürlərini bildirmişlər.Tədbirdən sonra İradə Rəsulova şəhid valideynlərinə ehsan süfrəsi açmışdır.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter