Şəhid Mayor Anar Məmmədovun doğum günü qeyd olundu
- 17.05.2021, 20:33, Baxış sayı:
- 854
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəhid Mayor Anar Məmmədovun doğum günü qeyd olundu
44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalmış şəhid Mayor Anar Məmmədovun doğum günü anılmışdır.
Məmmədov Anar Elşad oğlu 1986-cı ilin 2 mayında Sabirabadda dünyaya göz açıb. Orta məktəbdə əla qiymətlərlə oxuyan Anarın uşaqlıq arzusu zabit olmaq idi. Elə bu arzusunun ardınca da ali hərbi təhsil alaraq zabit olub və mayor rütbəsinədək yüksəlib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək, bir sıra şücaətlər göstərib. Gözünü belə qırpmadan son damla qanına kimi döyüşüb və qəhrəmanlıqla ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucalıb.
Şahidlərin dediyinə görə, Anar öz sinəsini qabağa verərək 26 əsgərini mühasirədən çıxarıb. Gülləsi qurtarıb və sonuncu gülləsini özünə sıxıb. Özünü sonuncu gülləsi ilə vurub
Rayon ictimaiyyətinin nümayəndələri şəhidin əziz xatirəsini uca tutaraq onun məzarını ziyarət edib və gül-çiçək dəstələri düzərək ruhuna dualar oxuyublar.
Cənnətdəki ilk doğum günün mübarək, Şəhidim!
Allah şəhidlərimizə rəhmət eləsin!
/Muğanın səsi/