• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhid mayor Anar Məmmədovun xatirəsi yad edilib

  • 30.11.2021, 09:44, Baxış sayı:
  • 243
Şəhid mayor Anar Məmmədovun xatirəsi yad edilib
Şəhid mayor Anar Məmmədovun xatirəsi yad edilib
Şəhid mayor Anar Məmmədovun xatirəsi yad edilib
Vətən müharibəsi şəhidi mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsi onun şərəfinə inşa edilmiş abidə bulaq-kompleksinin önündə ehtiramla yad edilib.
Anım mərasiminə gələn rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin dostları və ailə üzvləri Anar Məmmədovun məzarı üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edənlər vətənpərvər, el-obaya bağlı olan şəhidin həyat tarixçəsindən xatirələr söyləyib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar, Anarın və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıblar.
Şəhidin ailə üzvləri şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, mərasimə gələnlərə təşəkkür ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter