• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

  • 08.06.2021, 07:24, Baxış sayı:
  • 546
Sabirabadda uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib
Sabirabadda uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda yerləşən “Ana Kür” Ailəvi İstirahət Mərkəzində şəhid ailələrinin övladlarının şərəfinə tədbir təşkil olunmuşdur.
Aparıcı Səbinə İsmayılova bu əlamətdar günün təsis olunması haqqında ətraflı məlumat verərək tədbiri açıq elan etmişdir.
Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, tədbirdə iştirak edən şəhid ailələrini salamlamış, şəhidlərimizin xatirəsini əziz tutmalı olduğumuzdan, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşmağın həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifə borcumuz olmasından söz açmış, uşaqların bayramını təbrik etmişlər.
Tədbirdə çıxış edən şəhid Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Qarayeva və şəhid mayor Anar Məmmədovun qızı Zeynəb Məmmədli tədbirin təşkil olunmasından dolayı təşkilatçılara bütün şəhid ailələri və şəhid ailələrinin övladları adından minnətdarlığını bildirmişlər.
Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi məktəbinin şagirdi Hüseyn Hümbətlinin ifasında mahnı səsləndirilmiş, məktəbin digər şagirdləri əyləncəli rəqs nümunələri nümayiş etdirmiş, məktəbin nağara ifaçıları ansamblının ifasında müxtəlif ritmlər ifa olunmuşdur.
Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların uşaqları əyləndirən rəngarəng çıxışları ilə davam etmişdir.
Sonda tədbirdə iştirak edən uşaqlara Sabirabad Regional Mədəniyyət İdarəsi və rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter