“Sabirabad şəhəri üçün... sahibsiz itlərin zərərsizlədirilməsi mexanizmi hələlik yoxdur”
- 20.10.2022, 17:23, Baxış sayı:
- 349
Facebook
Вконтакте
Одноклассники
Google+
“Muğanın səsi” qəzetinin 22 sentyabr 2022-ci il tarixli 41 - 42 -ci nömrəsində və “muganinsesi.az” internet səhifəsində verilmiş “Sabirabadda Real Təhlükə: Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur?!” sərlövhəli tənqidi yazıda şəhərdə küçə itlərinin sakinlərə təhlükə yaratdığından bəhs edilirdi.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı Sabirabad RİHB-nın Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovdan aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Sabirabadda Real Təhlükə: Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur?!” sərlövhəli məqalənizə cavab olaraq bildiririk ki, aktual olan sosial problemdən hamı kimi biz də məlumatlıyıq. Belə ki, sahibsiz itlər həddən artıq çoxalıb, dediyiniz kimi şəhərdə sürü halında gəzir, vətəndaşları narahat edir və hətta qorxuya salır.
Bu problem təkcə Sabirabad şəhəri üçün yox o cümlədən respublikanın bütün regionlarını əhatə edir. Bunun üçün də sahibsiz itlərin zərərsizlədirilməsi mexanizmi hələlik yoxdur.
Ümid edirik ki, yaxın gələcəkdə bu məsələ ilə əlaqədar lazımi proqram işlənib hazırlanacaq”.
REDAKSİYADAN: Cavabdan belə nəticə çıxır ki, sahibsiz küçə itlərinə hələ “toxunmaq” olmaz. Deyilir ki, yaxın gələcəkdə itlərin zərərsizləşdirilməsi ilə bağlı “proqram hazırlanacaq”. Odur ki, sabirabadlılar ümüd özünüzə qalıb, hərəniz əlinizə bir zopa alıb özünüzü qoruyun.