• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Qaldırılan məsələlərlə bağlı... şəhər sakinlərinə və qəzet oxucularına tərəfimizdən mütamadi olaraq məlumatlar veriləcəkdir”

  • 23.06.2022, 08:42, Baxış sayı:
  • 234
“Muğanın səsi” qəzetinin 5 may 2022-ci il tarixli 24-cü nömrəsində dərc edilmiş və “Muganinsesi.az” internet sayıtında verilmiş “Sabirabad rayonunun mərkəzində təhlükə. Sahibsiz itlər insanlara cumur” və “Üfunətdən təngə gəlmişik” sərlövhəli vətəndaş müraciətləri ilə bağlı rayon İHB-nın Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovdan aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
“Muğanın səsi” ictimai-siyasi qəzetinin 5 may 2022-ci il tarixli 24-cü nömrəsində “Sabirabad rayonunun mərkəzində təhlükə. Sahibsiz itlər insanlara cumur” və “Üfunətdən təngə gəlmişik”” sərlövhəli şikayət məktubları dərc edilmişdir.
Məlumat üçün bildiririk ki, şəhərimizin ərazisində sahibsiz itlər günü-gündən artır və şəhər əhalisinin həyatına təhlükə yaradır. Bu vəziyyət bütün respublikada hökm sürür. Bu barədə tərəfimizdən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb. Yəqin ki, yaxın vaxtlarda nəticəsi olacaqdır.
Eyni zamanda şəhərin M.Əsədov küçəsinin kanalizasiya xəttindəki problemlə əlaqədar aidiyyəti təşkilat Sabirabad Su-kanal idarəsi olduğuna görə həmin idarənin rəhbərliyi ilə əlaqə saxlanıldı və problemin həlli üçün rəhbərlik məlumatlandırıldı.
Qaldırılan məsələlərlə bağlı zəruri tədbirlərin görülməsi və qanuna uyğun olaraq görüləcək işlər barədə şəhər sakinlərinə və qəzet oxucularına tərəfimizdən mütamadi olaraq məlumatlar veriləcəkdir”.

P.S. Redaksiyanın poçtuna demək olar ki, hər gün sahibsiz itlərlə bağlı məktublar daxil olur. Bu məsələnin ciddiliyini nəzərə alıb bu barədə geniş analitik tənqidi yazını yaxın nömrələrimizin birində oxuya bilərsiniz.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter