• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda REAL TƏHLÜKƏ: Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur?!

  • 21.09.2022, 15:36, Baxış sayı:
  • 639
Sabirabadda REAL TƏHLÜKƏ:  Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur?! Sahibsiz itlərin çoxalması Sabirabadda aktual olan sosial
problemlərdəndir. Sahibsiz küçə itləri sakinlərə real təhlükə yaradır.
Sabirabad rayonunun Mərkəzi Xəstəxa­nasından, Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə, ötən il 577 adamı heyvan dişləyib ki, onlardan da 531 - i it dişləməsi olub.

Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur. Son vaxtlar Sabirabadda sahibsiz itlər həddən artıq çoxalıb.
Bu sarıdan Sabirabadı Hindistanın tipik şəhərləri ilə müqayisə etmək olar. Bir fərq var ki, orada küçələrdə inəklər, meymunlar rahat şəkildə gəzişir. Bu şəhərdə isə itlər hər yerdə rahat şəkildə sülənərək insanları narahat edirlər.
Hətta vəziyyət o yerə çatıb ki, itlər sürü halında binaların həyətlərində, parklarda, küçələrdə və digər ictimai yerlərdə rahat gəzirlər, buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar, hətta böyüklər də sahibsiz itlərdən qorxurlar.
Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı sabirabadlılar daha təhlükəli sayırlar. Belə ki, bir ərazidə sürü kimi çoxalıb məskən salan sahibsiz itlər özlərini artıq həmin ərazinin sahibləri sayır və ərazidən keçən insanlara hücum edir, hürürlər. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalırlar.
Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğururlar. Gecə vaxtı onların səs-küy salaraq hürüşməsi və insanların istirahətini pozması adi hala çevrilib.
Görünür it dişləməsindən kimsə həyatını itirməlidir ki, Sabirabad şəhər icra nümayəndəliyi , şəhər Bələdiyyəsi və rayonun digər aidiyyəti təşkilatları hərəkətə keçsinlər. Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil.
Əlbəttə, itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Sabirabadda insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalıdır. Əslində müvafiq təşkilatlar rəsmi şikayəti gözləmədən bununla bağlı tədbir görməlidirlər. Çünki rayonda bütün məsul vəzifədə işləyənlər də bu şəhərdə yaşayır və problemdən xəbərdardırlar.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter