Payızlıq taxıl əkini davam edir
- 20.10.2022, 16:26, Baxış sayı:
- 192
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi fermerlərin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə cari ildə 21742 hektar sahənin məhsulu yığılıb. Rayon üzrə 92621 ton, yəni hər hektardan 42,6 sentner taxıl məhsulu istehsal edilib.
Növbəti təsərrüfat ilində taxılçılıq sahəsində yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 21 min hektardan çox sahədə keyfiyyətli şum aparılıb. Fermerlər, torpaq mülkiyyətçiləri payızlıq taxıl əkinində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib.
İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları indiyədək 4 min hektardan çox hektar sahəyə toxum səpiblər. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün imkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə edirlər.