• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda payızlıq əkinlərə hazırlıq işləri aparılır

  • 19.09.2022, 17:57, Baxış sayı:
  • 229
Sabirabadda payızlıq əkinlərə hazırlıq işləri aparılır
Bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı böyük narahatlıq olduğuna görə ölkəmiz bu istiqamətdə fəal iş aparır. Məqsəd görülmüş və görüləcək işlər nəticəsində ölkədə ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Doğrudur, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar müsbət nəticəsini verir. Lakin dünyadakı ərzaq bahalaşması bu sahədə yeni, ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir. Xüsusilə taxıl qıtlığı bu gün müzakirə olunan başlıca mövzulardan birinə çevrilib.
Ölkəmizdə taxılçılığa dovlət dəstəyi göstərilir. Kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dovlət Proqramı hazırlanmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə taxılçılıq inkişaf etdirilir.
Sabirabadda taxılçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, keçən il taxıl zəmilərinin hər hektarından 41,8 sentner məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl yetişdirmişlər. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərin hər hektarından 42,6 sentnerdən çox məhsul götürmüşlər ki, bu da ötən ildəkindən çoxdur.
Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olmuşdur.
Fermerlər və torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulunun etibarlı bünövrəsini qoymaq məqsədilə möhkəm zəmin yaradırlar. Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür.
Qeyd edək ki, əkinə hazırlığın ilkin mərhələsi olan yay şumu və bundan sonrakı bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.
Cari ildə ötən ildəkindən çox sahədə payızlıq taxıl əkini proqnozlaşdırılır. Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur. Odur ki, bu il taxılçılar sahələrə daha yüksək repreduksiyalı toxum sortları səpmək əzmindədirlər. Sentyabrın axırlarında payızlıq taxıl əkininə start veriləcəkdir.
Fermerlərin və torpaq mülkiyyətçilərinin ötən illərdəki ənənəyə sadiq qalaraq bu ilin payızlıq taxıl əkininə hazırlıq işləri bunu deməyə əsas verir ki, əkinçilər növbəti ilin bol məhsulunun etibarlı bünövrəsini qoyurlar.
Vaxtında şum, vaxtında əkin və tələb olunan aqrotexniki tədbirlərə düzgün əməl edilməsi gələcək məhsulun bolluğu deməkdir.

“Muğanın səsi”








Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter