Payızlıq taxıl əkini davam edir
- 05.10.2022, 22:40, Baxış sayı:
- 303
Facebook
Вконтакте
Одноклассники
Google+
Dədə-babadan çörək müqəddəs nemət adlandırılmışdır. “Çörək bol olarsa, basılmaz Vətən” kəlamı da bu məqsədlə deyilmişdir. Odur ki, strateji məhsul olan taxılın əkinində, becərilməsində və biçinində gərək bütün tədbirlər vaxtında aqrotexniki tələblər əsasında görülsün ki, torpağa havayı bir dən düşməsin.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin maksimum dərəcədə təmin edilməsi üçün məqsədyönlü iş aparılır. Taxılçılığa dövlət dəstəyi göstərilir. Sabirabadda taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə torpaq mülkiyyətçiləri cari ildə 21742 hektar zəminin hər hektarından 42,6 sentnerdən çox arpa və buğda götürmüşlər. Bu da ötən ildəkindən xeyli çoxdur.
Rayonda gələn ilin məhsulu üçün 21700 hektardan çox sahədə taxıl əkini proqnozlaşdırılır. Payızlıq taxıl əkininə mütəşəkkil hazırlıqla başlayan torpaq mülkiyyətçiləri bu işi qısa müddətdə yekunlaşdırmaq əzmindədirlər. Bu məqsədlə səpin kompaniyasına kifayət qədər traktor və toxumsəpən aqreqat cəlb edilmişdir.