• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tarlalardan 7 min tondan çox pambıq yığılmışdır

  • 05.10.2022, 22:31, Baxış sayı:
  • 275
Tarlalardan 7 min tondan çox  pambıq yığılmışdır
Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinə təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilmiş uğurlu aqrar siyasət sayəsində pambıqçılıq yüksək sürətlə inkişaf etmişdir. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə - 1 milyon 15 min tona çatdırılmışdır. Həmin il Sabirabad rayonunda 112 min ton pambıq istehsal edilmişdir.
Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün bir çox tədbirlər həyata keçirmişdir. Nəticədə yüksək nailiyyətlər əldə edilmişdir.
Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək Sabirabad rayonunda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə olan marağını xeyli artırmışdır. Bu səbəbdən rayonda pambıq istehsalı hər il artmaqdadır.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə cari ildə 11696 hektar sahədə pambıq əkilib-becərilmiş, bol məhsul yetişdirilmişdir. Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas məsələ pambığı vaxtında və itkisiz yığmaqdan ibarətdir. Yığıma vaxtında başlayan məhsul istehsalçıları bu günədək 7 min tondan çox pambıq toplamışlar. Hər gün 600 tondan çox pambıq tədarük edilir. İstehsal edilən məhsulun xeyli hissəsi pambıqyığan maşınlarla toplanmışdır.
Şıxsalahlı, Qasımbəyli, Gü­dəcühür, Cavad, Azadkənd kənd İnzibati Ərazi Dairələrinin torpaq mülkiyyətçiləri pambıq tədarükündə daha çox fərqlənirlər.
Fermerlər yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün qüvvələri səfərbərliyə almışlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter