• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq əkini sahələri genişləndirilir

  • 24.05.2022, 09:39, Baxış sayı:
  • 337
Pambıq əkini sahələri genişləndirilir
Çiyid səpini davam edir
Ölkəmizdə pambıqçılığın inkişafına dövlətin göstərdiyi dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Sabirabad rayonunda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi rayonda bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin genişləndirilməsi, onun məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə 2707 fermerlə bağlanmış müqaviləyə əsasən cari ildə 11266 hektar sahədə pambıq əkiləcəkdir. İndi sahələrdə çiyid səpini davam etdirilir. Artıq 10 min hektardan artıq sahədə pambıq əkini aparılmışdır.
Sabirabad pambıqçıları ötən il 9260 hektar sahədən 27375 tondan çox məhsul istehsal etmişlər. Bir sıra fermer təsərrüfatları öhdələrində olan pambıq sahəsinin hər hektarından məhsuldarlığı daha da artırmışlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter