• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq sahələri becərilir

  • 07.06.2022, 15:45, Baxış sayı:
  • 499
Pambıq sahələri becərilir
Pambıq torpağımızın varı, şöhrətidir. İqtisadiyyatımızda pambığın necə böyük rol oynadığından, xalq təsərrüfatında onun əhəmiyyətindən söz açmaq artıqdır. Təkcə bir faktı demək kifayətdir ki, pambığın özündən və onun emalı zamanı tullantılarından 1200 adda məhsul hazırlanır.
Ta qədim zamanlardan o, kəndlinin çörəyi, geyim-keçimi olmuşdur. Bir zamanlar yaxın-uzaq ellərə karvan-karvan xammal aparan tacirlər Azərbaycanın “ağ qızıl”ını hər yerdə tanıtmış, ona ad-san qazandırmışlar. İllər ötdükcə pambıq sahələri genişləndirilmiş, onun becərilməsi texnologiyası təkmilləşmiş, məhsul istehsalı, məhsuldarlıq qat-qat artmışdır.
Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmış, torpaqlarda meliorativ tədbirlər həyata keçirilmiş, irriqasiya sistemləri qurulmuş və pambıqçılığın elmi bazası gücləndirilmişdir. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə - 1 milyon 15 min tona çatdırılmış, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilmiş və güclü maddi-texniki baza yaradılmışdır. Həmin il Sabirabadda da 112 min ton pambıq istehsal edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Nəticədə yüksək nailiyyətlər qazanılmışdır.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Sabirabad rayonunda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi rayonda bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, Sabirabad pambıqçıları ötən il 9260 hektar sahədən 27375 tondan çox məhsul istehsal etmişlər. Onlar cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Çiyid səpini artıq başa çatmışdır. 2707 fermerlə bağlanmış müqaviləyə əsasən cari ildə 11284 hektar sahədə pambıq əkini aparılmışdır. Çiyid səpininin optimal müddətdə aparıldığı sahələrdə artıq normal çıxış alınmışdır. Hazırda pambıq sahələri becərilir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter