• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Surra kəndində vətəndaşları qəbul edib

  • 05.10.2022, 22:22, Baxış sayı:
  • 169
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Surra kəndində vətəndaşları qəbul edib
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Surra kəndində vətəndaşları qəbul edib
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Surra kəndində vətəndaşları qəbul edib
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Surra kəndində vətəndaşları qəbul edib
Surra kəndində Surra kənd İnzibati Ərazi Dairəsinə daxil olan Surra, Qaralı və Balvar kənd sakinləri ilə səyyar görüş-qəbuldan öncə şəhidlərimizin, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Surra kənd tam orta məktəbində Vətən Müharibəsi şəhidləri Bəxtiyar Mayılov və Firavan Əsgərovun xatirəsinə həsr olunmuş güşələrlə tanış olublar.
Həmçinin RİH başçısı kənd sakinlərinə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Oktay Mehdiyev, Famil Səmidov, Toğrul Ələkbərov və başqaları kəndlərinin mövcud problemlərindən danışıblar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter