• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Balakənd kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul təşkil edilib

  • 17.07.2022, 19:59, Baxış sayı:
  • 352
Balakənd kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul təşkil edilib
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Balakənd kəndində Qalağayın Kənd İnzibati Ərazi Dairəsinə daxil olan Qalağayın və Balakənd kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda kənd sakinlərindən Kamil Axundov, Səlamət Pənahov, Nahidə İbadova və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter