Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Kürkəndi kəndində Kürkəndi kənd İnzibati Ərazi Dairəsinə daxil olan Kürkəndi, Suqovuşan, Bulaqlı və Yastıqobu kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən kənd sakinlərindən Xudaverdi Kərimov, Zabil Abışov, Gülsura İbişova və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.